Dünya

Tramp bu ölkəyə 20 gün vaxt verdi – “1 avqustdan etibarən…”

Tramp bu ölkəyə 20 gün vaxt verdi – “1 avqustdan etibarən…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp 1 avqustdan etibarən Kanada məhsullarına sektoral tariflərdən əlavə olaraq 35% gömrük vergisi tətbiq ediləcəyini açıqlayıb. 

Bu qərarı öz sosial media hesabından paylaşan Tramp Kanadaya ünvanlanmış tarif məktubunu paylaşıb və Kanada ilə münasibətlərin davam etdiriləcəyini qeyd edib. O, bildirib ki, bu gömrük vergisi fentanil böhranı ilə mübarizə məqsədi ilə tətbiq olunur.

Tramp məktubunda qeyd edib ki, Kanada bu qərara cavab olaraq misli ilə yanaşsa da, ABŞ ilə əməkdaşlığa davam edəcəklərini göstərir. O, vurğulayıb ki, 1 avqustdan başlayaraq, Kanadadan ABŞ-yə idxal edilən məhsullara bütün sektoral tariflərdən əlavə 35% gömrük vergisi tətbiq ediləcək.

Tramp əlavə edib ki, bu vergidən yayınmaq üçün mallar başqa ölkələr vasitəsilə göndərilərsə, həmin mallara daha yüksək tariflər qoyulacaq.

Kanadalı şirkətlərin ABŞ-də istehsal fəaliyyəti aparması halında gömrük vergisinin tətbiq olunmayacağını deyən Tramp, bunun üçün təsdiq proseslərini sürətləndirəcəklərini bildirib.

Tramp həmçinin bildirib ki, Kanada hər hansı səbəbdən gömrük vergilərini artırmaq qərarına gəlsə, ABŞ-nin tətbiq etdiyi 35%-lik tarif onun üzərinə əlavə olunacaq.

O, Kanadanın yalnız fentanil böhranı ilə deyil, ABŞ-yə qarşı davamlı ticarət balanssızlığına səbəb olan digər tarif və ticarət maneələri ilə də üzləşdiyini qeyd edib.

“AzPolitika.info”