ABŞ Prezidenti Donald Tramp Kenoşa şəhərinin meri Con Antaramyanı axmaq adlandırıb.
7times.az xəbər verir ki, Tramp Antaramyanı radikal anarxistləri müdafiə etməkdə ittiham edib.
O bildirib ki, Milli Qvardiyanı Kenoşaya göndərməsəydi, şəhər tamamilə yanıb külə çevriləcəkdi.
Qeyd edək ki, 29 yaşlı afroamerikalı Ceykob Bleykin öldürülməsindən sonra Kenoşada kütləvi iğtişaşlar başlayıb. Aksiyalar 23-27 avqust arasında baş tutub.
Con Antaramyan milliyətcə ermənidir. O, 1992-2008-ci illərdə Kenoşanın meri olub. 2016-cı ildə yenidən mer vəzifəsinə seçilib.
Follow @7timesaz