ABŞ prezidenti Donald Tramp şənbə günü Amerika səlahiyyətlilərinin İraqdakı əsgər sayını azaltmaq barədə planlarını dəstəkləyib.
7times.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında yazıb.
“ABŞ İraqdakı hərbi mövcudluğunu azaltmağı planlaşdırır” deyə, o bildirib.
ABŞ İraqda təxminən 5 200 hərbi qulluqçu saxlayır. Tramp adminstrasiyası qoşunların sayını 3 500-ə endirmək istəyir.
Qeyd olunub ki, amerikalı hərbçilərin sayının azaldılmasına səbəb İŞİD-dən gələn təhlükənin aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyişin əldə olunmasıdır.
Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda terrorçulara qarşı 2014-cü ildən bəri əməliyyat keçirir.
Follow @7timesaz