ABŞ Prezidenti Donald Tramp “bir nömrəli terrorçu”, İŞİD ideri Əbu Bəkir əl-Bağdadinin məhv edilməsi əməliyyatında iştirak etmiş xüsusi təyinatlı hərbçilərlə görüşüb.
“Report” xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Keyli Makinani jurnalistlərinə bildirib.
Görüş Şimal Karolinada Fort-Breq hərbi bazasında bağlı qapılar arxasında keçirilib və Trampın görüş cədvəlində əvvəlcə “hərbi qulluqçularla ünsiyyət” kimi göstərilib.
Makinaninin sözlərinə görə, Tramp İŞİD iderinin zərərsizləşdirilməsi əməliyyatında iştirak edənlərə fərqlənmə nişanları verib və həlak olan xüsusi təyinatlıların abidəsinə baş çəkib.
İŞİD terror qruplaşmasının başçısı əl-Bağdadi bir il əvvəl Yaxın Şərqdə ABŞ hərbçilərinin xüsusi əməliyyatı nəticəsində məhv edilib. Tramp bu əməliyyatı milli təhlükəsizlik sahəsində ən böyük öz nailiyyətlərdən biri hesab edir.
Follow @7timesaz