Dünya

Tramp NATO-nu sınaqdan keçirməyi təklif edib

Tramp NATO-nu sınaqdan keçirməyi təklif edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trump NATO üzrə müttəfiqlərin sınaqdan keçirilməsinin mümkünlüyünü irəli sürərək, alyansı Meksika ilə sərhədin qeyri-qanuni miqrantlardan qorunmasına cəlb etməyi təklif edib.

7Times.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, NATO-nun 5-ci maddəsinin tətbiqi alyansın ABŞ-ın cənub sərhədinin “qeyri-qanuni miqrantların müdaxiləsindən” qorunmasına cəlb olunmasına və bununla da çoxlu sayda sərhəd mühafizəçisinin digər vəzifələr üçün azad edilməsinə imkan verə bilər.

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi NATO-ya üzv bir və ya bir neçə ölkəyə silahlı hücum halında kollektiv cavab tədbirlərini nəzərdə tutur.