ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu İranın nüvə obyektlərinə tək tərəfli hücum etməməsi barədə açıq şəkildə xəbərdar edib.
“7Times.az” xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, Tramp İranın nüvə obyektlərinə qarşı hücumun Tehran ilə davam edən danışıqlara mənfi təsir göstərə biləcəyi narahatlığı ilə İsrail və ABŞ arasında hərbi əməkdaşlığın dayandırılması göstərişini verib.
Tramp həmçinin Netanyahuya İranın nüvə obyektlərinə hücumun vaxtının “uyğunsuz” olduğunu bildirərək, bu cür hərəkətin həm İranla danışıqları, həm də İsrailin təhlükəsizlik maraqlarına xidmət edən güclü nüvə razılaşması əldə etmək imkanını poza biləcəyini vurğulayıb.
ABŞ Prezidenti eyni zamanda, ordusuna İranın nüvə obyektlərinə qarşı hər hansı hücumlarla bağlı İsraillə bütün hərbi əməkdaşlığı dayandırmaq əmri verib.
“AzPolitika.info”
Follow @7timesaz