ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.
“7Times.az”ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.
Bu, təxminən iki onillik ərzində ABŞ Prezidentinin Pakistana ilk səfəri olacaq. Pakistana sonuncu dəfə 2006-cı ildə səfər edən ABŞ Prezidenti kiçik Corc Buş olub.
Mənbələrin bildirdiyinə görə, Tramp Pakistandan sonra Hindistana da səfər edəcək.
Follow @7timesaz