Dünya

Tramp polislərə TƏSLİM OLDU – FOTO

Tramp polislərə TƏSLİM OLDU – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti dəfə yeni çığır açıb.

7Times.az  xəbər verir ki, o, Corciya ştatındakı istintaq təcridxanasına təslim olub və ölkə tarixində ilk dəfə olaraq keçmiş prezident cinayət məsuliyyətinə cəlb edilib.

Onun barmaq izləri götürülüb, cinayətkar kimi olan fotosu çəkilib və foto ictimaiyyətlə paylaşılıb.

Fotoda gülümsəməyən Trampın ciddi ifadəsi və çatıq qaşları ilə birbaşa obyektivə baxdığı görünür.

Məlumata görə, Tramp təqribən 20 dəqiqəyə həbsxananı tərk edib. O, 200 min dollar girov müqabilində mühakimə olunana qədər sərbəst buraxılıb.