Siyasət

Tramp prezident seçiləcəyi halda Rusiya ilə bağlı siyasətini açıqlayıb

Tramp prezident seçiləcəyi halda Rusiya ilə bağlı siyasətini açıqlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin 35-ci prezidenti və bu ilin noyabrında keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp Ağ Evə qayıdandan sonra Rusiya ilə bağlı siyasətini açıqlayıb.

7Times.az xəbər verir ki, Tramp “Bloomberg”ə müsahibəsində “Rusiyaya qarşı sanksiyaları yumşaltmaq və ya ləğv etmək” barədə düşünüb-düşünmədiyi sualına belə cavab verib:

“Bəli. Sanksiyalarla biz yalnız hamını özümüzdən uzaqlaşdırırıq. Ona görə də sanksiyaları sevmirəm”.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelə yazdığı məktubda Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə dərhal Ukrayna ilə bağlı sülh danışıqlarının aparılmasını tələb edəcəyini bildirib.

“The Financial Times”a görə, məktubda deyilir ki, seçkidə qalib gəldikdən bir müddət sonra o, sülh vasitəçisi kimi çıxış etməyə dərhal hazır olacaq. Trampın bunun üçün inandırıcı planları var.