Dünya

Tramp prezident seçkiləri ilə bağlı debatlarda iştirak etməyəcək

Tramp prezident seçkiləri ilə bağlı debatlarda iştirak etməyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp ABŞ prezidentliyinə iddialıların debatlarında iştirak etməyəcəyini bəyan edib.

“Report” xəbər verir ki, sabiq prezident buna səbəb kimi rəqiblərini qabaqladığını göstərib.

“Mən səsvermədə ikinci olan başqa bir namizəddən 50 bal irəlidəyəm. İnsanlar bilir ki, bu, rekorddur. O zaman niyə debatda iştirak etməliyəm?”, – deyə siyasətçi özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, 2024-cü il seçkilərində yeni Amerika lideri postuna Respublikaçılar Partiyasından namizədlərin ilk debatı avqustun 23-də keçiriləcək. Daha əvvəl Tramp qələbə şansının “100%-ə yaxın” olduğunu bildirmişdi.

ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.