Dünya

Tramp Putinlə razılığa gələrsə, Rusiya… – Orban

Tramp Putinlə razılığa gələrsə, Rusiya… – Orbanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Ukrayna böhranı həll edildikdən sonra Rusiya qlobal iqtisadiyyata yenidən inteqrasiya edəcək.

7Times.az xəbər verir ki, Orban Qərbdə Ukrayna böhranının sülh yolu ilə həllinə çağıran ölkələrin sayının ABŞ da daxil olmaqla 3-ə yüksəldiyini bildirib.

Macarıstanda “Kossuth” radiosuna danışan Orban Ukraynadakı münaqişənin həlli yolu tapıldıqdan sonra Rusiyanın qlobal iqtisadiyyata və Avropa təhlükəsizlik sisteminə qayıdacağını qeyd edib:

“Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdıran Donald Trampın Ukraynadakı silahlı fəaliyyətlərə son qoyulması ilə bağlı razılıq əldə etmək cəhdindən ümidliyəm. Düşünürəm ki, ABŞ prezidenti sülh danışıqları masasında razılığa gələrsə, Rusiya qlobal iqtisadiyyata və Avropa təhlükəsizlik sisteminə yenidən inteqrasiya olunacaq. Rusiyaya qarşı sanksiyalar Avropa iqtisadiyyatına böyük ziyan vurur. Bu səbəbdən ildə 6,5 milyard avro itiririk və ümumilikdə 3 il ərzində təxminən 20 milyard avro itirmişik. Bu, böyük məbləğdir”.

Baş nazir Rusiyanın Avropa iqtisadiyyatına, o cümlədən enerji sisteminə yenidən daxil olmasının Macarıstan iqtisadiyyatına böyük təkan verəcəyini deyib.