Avstraliya Ukraynaya “Abrams” tankları göndərməyə başlayıb.
7Times.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Məlumata görə, Avstraliya Ukraynaya göndəriləcək 49 ədəd “M1A1 Abrams” tankının ilk partiyasını göndərməyə başlayıb:
“Tanklar ABŞ istehsalı olduğu üçün icazə almaq zərurəti ilə əlaqədar gecikirdi. Ukrayna lideri Vladimir Zelenski Avstraliyanın Baş naziri Entoni Albanizə bu yaxınlarda keçirdiyi görüşdə avadanlıqların ötürülməsinə görə təşəkkür edib”.
Follow @7timesaz