ABŞ Prezidenti Donald Tramp İsrail, Qəzza zolağı və Səudiyyə Ərəbistanına səfər edəcək.
7Times.az xəbər verir ki, bu barədə Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib.
“Mən İsrailə, Qəzzaya, Səudiyyə Ərəbistanına və Yaxın Şərqdəki digər yerlərə səfər edəcəyəm. Yaxın Şərq inanılmaz bir yerdir, gözəl insanların olduğu həqiqətən gözəl yerlərdən biridir. Amma orada çoxlu pis liderlər var idi”, – Tramp bildirib.
Tramp səfərlərinin dəqiq tarixi ilə bağlı məlumat verməyib.
Follow @7timesaz