ABŞ prezidenti Donald Tramp bildirib ki, o özünü siyasətçi hesab etmir.
“Report” xəbər verir ki, Ağ Ev rəhbəri müvafiq bəyanatı özünün tvitterdəki hesabında yazıb.
“Mənim bəyanatlarım Vaşinqtonun tipik siyasətçilərinin çıxışları ilə oxşar deyil, çünki mən siyasətçi deyiləm”, – deyə Tramp bildirib.
“Mən həmişə Vaşinqtonun siyasi elitasının qaydaları üzrə oynamıram, ona görə ki, mən sizin (seçicilər-red) uğrunuzda güclü mübarizə aparmaq üçün seçilmişəm”, – o əlavə edib.
Follow @7timesaz