Dünya

Tramp təslim olacaq…  “Radikal solçu prokuror” sabiq prezidenti həbs edsəcək

Tramp təslim olacaq… – “Radikal solçu prokuror” sabiq prezidenti həbs edsəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq ABŞ Prezidenti Donald Tramp avqustun 24-də Corciya ştatının hüquq-mühafizə orqanlarına təslim olacaq.

“AzPolitika.info” xəbər verir ki, “CNN”-in məlumatında sabiq prezidentin Corciya ştatına gələrək, yerli prokurorluğa təslim olacağı bildirilir.

Xəbərdə qeyd olunur ki, həmin gün Fulton həbsxanasına gəlməli olan Trampın Corciyada keçirilmiş son prezident seçkillərinə müdaxiləsinə dair açılmış cinayət işi üzrə formal həbsi həyata keçiriləcək. Onun fotosu çəkiləcək və barmaq izləri götürüləcək. Daha sonra sabiq prezidentin 200 min ABŞ dolları məbləğində girov müqabilində azad ediləcəyi gözlənilir. Cinayət işinin istintaqı isə davam etdiriləcək.

Tramp həmin gün Corciyaya gedəcəyini və formal olaraq həbs ediləcyini təsdiqləyib. Tramp bunu həmin ştatın “radikal solçu” adlandırdığı prokuroru Feni Uillisin ona qarşı qərəzli münasibəti ilə əlaqələndirib.

Məlumatda o da bildirilir ki, çərşənbə günü respublikaçı prezidentliyə namizədlərin ilk debatı keçiriləcək. Lakin Tramp həmin debatda iştirak etməyəcək.