Amerikalı milyarder İlon Mask ABŞ-də keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Trampın məğlub olacağı təqdirdə həbs oluna biləcəyindən qorxur.
7Times.az xəbər verir ki, məşhur jurnalist Taker Karlsona verdiyi müsahibədə Mask deyib: “Əgər o uduzsa, işim bitdi. Sizcə həbs cəzam nə qədər olacaq? Sizcə mən uşaqlarımı görə biləcəyəmmi?” Bununla da Mask Kamala Harrisin prezident olacağı təqdirdə onu həbs etdirəcəyinə işarə vurub.
Mask iyul ayından sonra seçki mübarizəsində Trampı açıq şəkildə dəstəkləməyə başlayıb. Tramp bundan sonra Maska müsahibə verib və onun sözlərinə görə, həmin müsahibə 1 milyarddan çox baxış toplayıb.
Oktyabrın 5-də Mask Trampın Batlerdəki mitinqinə qatılaraq ABŞ Konstitusiyasını qorumaq üçün respublikaçıların qələbəsinin zəruri olduğunu deyib.
Daha əvvəl Mask Kamala Harrisin “başqalarının əlində kukla” olduğunu demişdi.
“AzPolitika.info”
Follow @7timesaz