Polşa Prezidenti Anjey Duda əmindir ki, ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp Rusiya Federasiyasının Ukraynanı məhv etməsinə imkan verməyəcək.
7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, Duda bunu Varşavada NATO-nun Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransı zamanı deyib.
Prezident xatırladıb ki, Birləşmiş Ştatlar “nəhəng vəsaitlər, hərbi texnika və maliyyə yardımı” ilə Ukraynaya dəstəyə mühüm töhfə verib: “Bu pula hörmət etmək onun məsuliyyətidir. Təsəvvür edə bilmirəm ki, Prezident Donald Tramp Rusiyanın Ukraynanı məhv etməsinə icazə verəcək. Bu, amerikalı vergi ödəyicilərinin pullarına hörmət məsələsidir”.
Onun sözlərinə görə, Amerika lideri ilə görüşündə Ukrayna haqqında danışmağı planlaşdırır. O, xüsusən də “Rusiyanın Ukraynaya təcavüzü zonasında olan” qonşu ölkələrin mövqeyini çatdırmaq istəyir: “Mən bu məsələdə əlbəttə ki, təkcə Ukraynanın özündəki deyil, həm də Avropanın bizim hissəsindəki vəziyyəti, bizim nöqteyi-nəzərimizi, ümumiyyətlə burada baş verənləri çatdıracağam”.
Duda əlavə edib ki, Trampla gözlənilən söhbət və onun siyasi qərarları ilə bağlı narahat deyil: “Bunların müdrik qərarlar olacağına şübhəm yoxdur”.
Follow @7timesaz