ABŞ prezidenti Donald Tramp cümə günü ABŞ Konstitusiyasına odlu silahlara sahib olmaq hüququnu təmin edən İkinci Düzəlişi dəstəkləyən sərəncam imzalayıb.
7Times.az xəbər verir ki, bu barədə həmin gün Ağ Evin mətbuat xidməti məlumat verib və imzalanmış sənədin mətnini yayıb.
Onun müddəalarına uyğun olaraq, ədliyyə naziri – ABŞ-nin baş prokuroru Pam Bondiyə 30 gün ərzində Amerika hakimiyyətinin bütün əvvəlki əmr və qaydalarını, habelə Vaşinqton tərəfindən bağlanmış beynəlxalq müqavilələri öyrənmək, onların İkinci Düzəlişlə təminat verilən hüquqlara qəsd olub-olmadığını müəyyən etmək tapşırılıb.
“Gun Violence Archive” qeyri-hökumət təşkilatının hesablamalarına görə, 2024-cü ildə ABŞ-da baş verən müxtəlif növ atışma hadisələri 16,7 mindən çox insanın həyatına son qoyub, 31,6 mindən çox insan isə yaralanıb.