ABŞ-ın keçmiş Prezidenti Donald Tramp yenidən ölkənin prezidenti olmaq niyyətindədir.
7Times.az “Washington Examiner”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Trampın keçmiş mətbuat katibi Şon Spayser açıqlayıb.
Onun sözlərinə görə, D.Tramp 2024-cü ildə prezident seçkiləri ilə bağlı kampaniyada iştirak etmək istəyir. O həmçinin əlavə edib ki, Trampın sözügedən bu kampaniya üçün 102 milyon dolları var və Tramp öz yüksək reytinqini qorumaq üçün çalışıb.
Qeyd edək ki, D.Tramp özü hələ bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.