Dünya

Tramp yenidən prezidentliyə namizəd ola bilər

Tramp yenidən prezidentliyə namizəd ola bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürəcək.

7Times.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, Şimali Karolinada keçirilən mitinqdə tərəfdarları qarşısında çıxışı zamanı deyib.

ABŞ-ın hazırkı prezidenti Co Bayden artıq ikinci müddətə namizəd olmaq niyyətini bəyan edib.

“Həqiqət budur ki, mən artıq iki dəfə prezidentliyə namizəd olmuşam və iki dəfə qalib gəlmişəm. İkinci dəfə isə nəticə birincidən xeyli yaxşı idi. İndi biz bunu yenidən etməli ola bilərik. Burada mənim yenidən seçkiyə getməyimi istəyən varmı?”, – deyə Tramp Şimali Karolinada keçirilən mitinqdə tərəfdarlarına sual verib.
O, həmçinin siyasi rəqiblərini 2020-ci il seçkilərini saxtalaşdırmaqda ittiham etməyə davam edir.
“Enerji böhranından şiddətli cinayət böhranına, Əfqanıstandakı fəlakətdən Ukraynadakı fəlakətə qədər, bu gün gördüyümüz hər şey saxtalaşdırılan bu dəhşətli seçkinin nəticəsidir”, – Tramp deyib.

Bundan əvvəl Tramp Respublikaçı tərəfdarlarına 2024-cü ilə qədər Konqresə və Ağ Evə nəzarəti bərpa etməyi planlaşdırdığını bildirib.