ABŞ-ın vitse-prezidenti Kamala Harris ABŞ prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb.
7Times.az xəbər verir ki, bu barədə onun özünə istinadən “Reuters“ agentliyi məlumat yayıb.
“Mən Prezidentin dəstəyini almaqdan qürur duyuram və namizədlik hüququ əldə etməyə və namizədliyimi irəli sürməyə hazıram”, – deyə Harris bildirib.
Harrisin namizədliyi Demokratların avqust ayında Çikaqo şəhərində baş tutacaq qurultayında irəli sürülə bilər. Demokratların namizədi üçün daha kimin mübarizə apara biləcəyi barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, iyulun 21-də Ağ Evin hazırkı rəhbəri Co Bayden Harrisin namizədliyini dəstəkləyərək yarışdan çəkildiyini elan etmişdi.
APA
Follow @7timesaz