Dünya

Trampdan Almaniyadakı seçkilərin yekunu haqqında: ABŞ üçün böyük gündür

Trampdan Almaniyadakı seçkilərin yekunu haqqında: ABŞ üçün böyük gündürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Almaniyada keçirilən seçkilərdə  Xristian İttifaqı (CDU/CSU) partiyalarının  qələbə çalmasından sonra münasibətini açıqlayıb.

7Times.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasında  yazıb.

Tramp Almaniya xalqının da ABŞ kimi uzun illərdir hakimiyyətdə olan, xüsusən də enerji və immiqrasiya mövzusunda olan və sağlam düşüncədən məhrum olan gündəmdən bezdiyini qeyd edib.

“Bu gün Almaniya və Donald Tramp adlı centlmenin liderliyində ABŞ üçün böyük bir gündür”, – Tramp qeyd edib.

O daha sonra qeyd edib: “Hər kəsi təbrik edirəm. Daha çox qələbələr gözləyirik”.

Qeyd edək ki, Almaniyada keçirilən növbədənkənar ümumi seçkilərdə Xristian Birlik partiyalarının (CDU/CSU)  kansler namizədi Fridrix Merz birinci yerə çıxıb və qələbəsini elan edib.