ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampdan möcüzə gözləmək yox, hər gün işləmək lazımdır.
7Times.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Ali Radasındakı çıxışı zamanı deyib.
O qeyd edib ki, neçə aydır Pokrovsk və Kupyansk ağır sınaqlar altındadır və çətin vəziyyətdədir: “Rusiya bu müharibədə ən böyük itkiləri də məhz orada və başqa istiqamətlərdə verir. Kupyanskdan Pokrovska və daha sonra Zaporojyeyə qədər qətiyyət və dözümlülük bu müharibənin ədalətli başa çatması üçün əsas şərtləri təmin edə bilər”.
Onun sözlərinə görə, təkcə Ukraynanın deyil, Avropanın taleyi ukraynalıların mətanətindən asılıdır: “Bu döyüş təkcə Pokrovsk, Kupyansk və ya bizim Ukraynanın hər hansı şəhəri, qəsəbəsi, kəndi ilə bağlı deyil. Bu döyüş bütün Ukrayna, bütün Avropa, bütün dünya üçün nizam və ya xaos haqqındadır. Hələlik isə bütün dünya Trampdan möcüzə gözləyərkən biz öz sabitliyimizi itirməməliyik, bütün dövlətin dözümlülüyü üçün hər gün çalışmalıyıq. Bu döyüşü ayrı-ayrılıqda qazanmaq sadəcə mümkün deyil”.
“AzPolitika”
Follow @7timesaz