Dünya

“Trampın qalib gəlməsindən qorxmayın”  Belçikalı Baş nazir

“Trampın qalib gəlməsindən qorxmayın” – Belçikalı Baş nazirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, Avropa tək qalmaqdan qorxmamalıdır.

“AzPolitika.info” xəbər verir ki, bunu Belçikanın Baş naziri Aleksandr De Kro Avropa Parlamenti Baş Assambleyasında çıxəş edərkən deyib.

Belçika lideri Respublikaçıların prezidentliyə ən güclü namizədi olan Trampın bu yarışda qalib gələcəyi ehtimalına diqqət çəkib.

De Kro 2024-cü ilin Avropa üçün əhəmiyyətli bir il olacağını vurğulayaraq, “Demokratiyamızın və azadlığımızın sınaqdan keçiriləcəyi bir il olacaq” deyə bildirib.