Dünya

“Trampın Rusiyaya çağırışı ultimatumdur” – “Putini bununla təhdid edir”

“Trampın Rusiyaya çağırışı ultimatumdur” – “Putini bununla təhdid edir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Rusiyaya zərər vermək istəmirəm. Rus xalqını sevirəm və hər zaman Putinlə çox yaxşı münasibətlərim olub. Rusiya təxminən 60 milyon adam itirməklə ikinci dünya müharibəsində qalib gəlməkdə bizə kömək edib. Bütün bunları nəzərə alaraq mən iqtisadiyyatı çökməkdə olan Rusiyaya və prezident Putinə böyük bir yaxşılıq etmək istəyirəm. Elə indi razılaşın və bu mənasız müharibəni dayandırın! Bundan sonrası daha pis olacaq”.

7Times.az  xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp şəxsi sosial şəbəkəsində yazıb.

Əgər biz razılaşma əldə etməsək, yaxın vaxtlarda Rusiyanın ABŞ-a və digər ölkələrə satdığı hər şeyə yüksək vergilər, rüsumlar və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq”, – Prezident vurğulayıb.

AĞ Evin sahibi iddia edib ki, prezident olsaydı, müharibə heç vaxt baş verməyəcəkd: “Gəlin, bu müharibəni bitirək! Bunu ya asan, ya da çətin yolla etmək olar. Amma asan yol həmişə daha yaxşıdır. Razılaşmanın vaxtıdır. Artıq heç bir insan itkisi olmamalıdır!!!”

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, müraciəti öz məzmununa görə ultimatum kimi də qiymətləndirmək olar, çünki razılaşma əldə olunmasa, Tramp Putini Rusiyaya qarşı sanksiyaları ağırlaşdıracağı ilə təhdid edir.

Yeni sanksiya təhdidi Putini dayandıra bilərmi?

Bu suala ekspert belə cavab verib: “Çoxlarına elə gəlir ki, artıq hər cür sanksiya tətbiq olunub və Qərbin əlində bu sahədə başqa imkan qalmayıb. Belə deyil. Hələ sanksiyaların potensialı tükənməyib. Məsələn, Bayden Rusiya neft sektoruna real sanksiyaları yalnız son günlərdə tətbiq etməyə başladı. Bu sahədə sanksiya rejimini daha da ağırlaşdırmaqla Rusiya iqtisadiyyatında stres səviyyəsini xeyli yüksəltmək mümkündür. Yaxud Avropa Rusiyadan LNG almağa davam edir. Bunu dayandırmaqla Rusiyaya növbəti ağır zərbə endirmək olar”.

Ş.Cəfərli bildirir ki, Rusiya iqtisadiyyatında neqativ tendensiyalar güclənib və təbii ki, Trampa bu mövzuda brifinq verilib: “O, Rusiya iqtisadiyyatının çökməkdə olduğunu bildirib”.

“AzPolitika”