Dünya

Trampın səs yazısı mətbuata sızdı: “11 780 səs hara yoxa çıxdı”

Trampın səs yazısı mətbuata sızdı: “11 780 səs hara yoxa çıxdı”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın aparıcı qəzetlərindən biri olan “Washington Post”, ABŞ Prezidenti Donald Trampla Georgia ştatının Dövlət Katibi arasındakı telefon danışıqlarının səs yazısını yayımlayıb. 

7times.az xəbər verir ki,  Trampın dövlət katibi Brad Raffenspergeri “seçki nəticələrini onun lehinə çevirmək üçün” addımlar atmağa çağırması iddiası ictimai müzakirələrə səbəb olub.

Təxminən 1 saat davam edən danışıqda, seçkilərdə uduzmasının səbəbini və kritik ştatladan  biri olan Georgiada seçkilərdə qalib gəldiyini iddia edən Tramp, “İstədiyim budur: 11.780 səs hara yoxa çıxdı”, – deyə ifadə işlədib.

Rəsmi seçki nəticələrinə görə, Donald Tramp 11.797 səs fərqi ilə  demokrat rəqibi Co Baydenə məğlub olub. Lakin Tramp, seçki nəticələrinin onun lehinə qeyd edilməli olduğunu iddia edir. unikal.org