Dünya

Trampın yeni idxal rüsumlarından imtina etməsi qızılı ucuzlaşdırıb

Trampın yeni idxal rüsumlarından imtina etməsi qızılı ucuzlaşdırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal ticarətlə bağlı müsbət xəbərlər fonunda qızılın qiyməti aşağı düşüb.

“7Times.az” xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.

Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersinin qiyməti əvvəlki bağlanışa nisbətən 29,75 ABŞ dolları və ya 0,61 % azalaraq bir troya unsiyası üçün 4 807,21 ABŞ dolları olub.

Gümüşün mart fyuçersinin qiyməti isə 1,12 % artaraq bir unsiya üçün 93,71 ABŞ dollarına yüksəlib.

Qızıl bazarı dünya ticarəti ilə bağlı vəziyyəti izləyir və müsbət irəliləyişlər olduqda investorların etibarlı aktiv kimi qızıla tələbatı azalır. ABŞ Prezidenti Donald Tramp isə fevral ayından etibarən bəzi Avropa ölkələrindən idxal edilən mallara 10 % rüsum tətbiq etməyəcəyini bildirib. O, bu qərarın NATO-nun Baş katibi Mark Rütte ilə görüşdən sonra qəbul edildiyini qeyd edib.