Tunisdən İtaliyaya getmək istəyən mühacirlərin sayı günü-gündən artır. Tunisin cənubundakı Sfaks şəhəri sahillərində daha bir miqrant qayığı batıb.
Sfera.az xəbər verir ki, miqrantları daşıyan qayığın batması nəticəsində 25 nəfər ölüb.
Səlahiyyətlilər qayıqda 110 miqrantın olduğunu, onlardan 76-nın nəfərin xilas edildiyini, 25-nin isə həyatını itirdiyini açıqlayıblar. Bölgədə itkin düşən 9 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, 2022-ci ilin eyni dövründə Tunisdən İtaliyaya gələn immiqrantların sayı 1300 ikən, 2023-cü ilin eyni dövründə bu rəqəm 12 minə yüksəlib.
Follow @7timesaz