Maqazin

Türk aktrisa “Hollywood” filminə çəkiləcək

Türk aktrisa “Hollywood” filminə çəkiləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli məşhur aktrisa Neslihan Atagül “Hollywood” filmində rol alacaq.

7times.az xəbər verir ki, gözəl aktrisa, Penelope Cruz və Luis Tosar kimi dünyaca məşhur “Hollywood” ulduzları ilə eyni filmdə oynayacaq. Rejissorluğunu Juan Diego Buttonun edəcəyi filmin çəkilişləri, ilin sonunda başlayacaq.

Neslihan Atagül özü də, yeni layihəsi barədə qısa açıqlama verib:

“Bunu sadəcə öz uğurum olaraq görmürəm. Bu eyni zamanda ölkəmin də uğurudur”.

Qeyd edək ki, 28 yaşlı məşhur aktrisa “Yaprak Dökümü”, “Hayat Devam Ediyor”, “Fatih Harbiye”, “Kara Sevda”, “Sefirin Kızı” kimi yüksək reytinqli seriallarda rol alıb.

Elmir Kərimli