Dünya

Türk diplomat terrorçulara meydan oxudu: “Səfirliyə yox, cəbhəyə gəlin, dərsinizi verək”

Türk diplomat terrorçulara meydan oxudu: “Səfirliyə yox, cəbhəyə gəlin, dərsinizi verək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç Moderator.az-a açıqlamasında ermənilərin son təxribatlarına münasibət bildirib. Erməniləri cəbhəyə səsləyən diplomat, Azərbaycanın təxribatçılara gərəkli dərsi 44 günlük Vətən müharibəsində olduğu kimi hərb meydanında verməyə hazır olduğunu bildirib:

“Fransadakı Azərbaycan səfirliyinə erməni terroirçuları tərəfindən edilən hücumu şiddətlə qınayır və pisləyirəm. Onlara buradan səslənirəm: “Parisdəki Azərbaycan səfirliyinə yox, cəbhəyə gəlin!  Gəlin cəbhəyə, sizə yerinizi göstərək, dərsinizi verək”!.

Təəssüf ki, biz son hadisələr fonunda Fransa hökumətinin terroristlərlə əməkdaşlıq etdiyini bir daha gördük. Fransa sözdə həmsədrlərdən biri idi. Bu, həm də onu göstərir ki, 28 il həmsədr kimi  heç bir iş görməyən Fransa problemin həlli üçün deyil, həll edilməməsi üçün səy göstərən dövlət idi. Biz bunu 44 günlük savaşda da gördük. Makron həmin vaxt da Ermənistanı dəstəklədi , Fransa senatı Azərbaycan əleyhinə qərar aldı. Biz bu davranışı qınayırıq və hesab edirik ki, Fransa öz mövqeyinə yenidən baxmalı, ədalətli mövqe sərgiləməldiir.

BMT-nin məlum dörd qətnaməsində imzası olan Fransa problemin həlli üçün əməli baxımdan heç nə etmədi,  44 günlük Vətən müahribəsində Ermənistanı dəstəklədi. Sentyabnn 12-də ermənilərin törətdiyi təxribatdan sorna Paşinyanın zəng etdiyi ilk ldierlərdən biri də Fransa prezidenti oldu. Istəyirik ki, artıq Fransa dövlət kimi davransın, terrorçularaa, terror dövlətinə dəstək olmasın. 1961-ci ilin Vyana müqaviləsindən qaynaqlanan diplomatları qorumaq öhdəliynə də əməl etsin.

Ermənilərin Fransadakı Azərbaycan səfirliyinə edilən erməni hücumunda qəhrəman səfirlik əməkdaşı təkbaşına qapını qorudu, qapını terrorçuların üzünə açmadı. Əgər qapı açılsayda, nə olacaqdı? Hücum zamanı dövlət başçımızın da fotosunu yandırdılar. Onlar 45-46 məsləkdaşımı vəhşicəsinə qətlə yetirən adamlardır.

Bizim hörmətli dövlət başçımız İlham Əliyev bildirmişdi ki, bir dövlətin iki diasporu ola bilməz. Biz bu sözü əməli işimizlə gerçəyə çevirməliyik. 2007-ci ildə söylənilən bu sözün gerçəkələşməsi gərəkir. Bizim Qərbdəki diaporumuzun güclü olması lazımdır. Diasporlarımız da birləşməlidir. Türk və Azərbaycan diapsorları briləşməli, bir millətin bir diasporu olmalıdır.

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistahan ziyarətinin zamanlaması da çox düşündürücüdür. Bu şəxs 2 avqustda Tailanda getdi, oranı qarışdırdı. Çinlə ABŞ üz-üzə gəldi. Bir neçə gün öncə isə Ermənistaan səfər etdi.

Onun Ermənistana səfəri və orada səsləndirdiyi fikirlər bölgədə sülh üçün ciddi təhdid yaradır. Bu səfəri uğrusuz və gərəksiz hesab edirəm”.