Dünya

Türk dövlətləri kənd təsərrüfatında əməkdaşlığın artırılmasını müzakirə edib

Türk dövlətləri kənd təsərrüfatında əməkdaşlığın artırılmasını müzakirə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Dövlətləri Təşkilatının katibliyi üzv və müşahidəçi dövlətlərin aidiyyəti orqanlarının ekspertlərinin, həmçinin Türkiyə Ticarət və Sənaye Palatasının (TCCI) nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatının inkişafı ilə bağlı onlayn iclas keçirib.

“Report” bu barədə Türk Dövlətləri Təşkilatına istinadən xəbər verir.

Məlumata görə, tərəflər xüsusi ilə elmi-tədqiqat və təkmilləşdirmə, kənd təsərrüfatı sahəsində texniki proqram və layihələrin həyata keçirilməsi, məsələnin iqtisadi ölçüsü və toxumçuluq kimi müxtəlif sahələri əhatə edən alt işçi qrupların formalaşdırılaraq kənd təsərrüfatında çoxtərəfli əməkdaşlığın artırılmasının praktiki məsələlərini müzakirə ediblər.

Mütəxəssislər həmçinin B2B və G2B əməkdaşlığını təmin etmək məqsədilə üzv və müşahidəçi ölkələrin kənd təsərrüfatı qurumlarının iştirakı ilə 2022-ci ildə Özbəkistanda keçiriləcək “Türkiyə Kənd Təsərrüfatı Forumu” və kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün qanuni çərçivənin yaradılması üçün fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə yaradılıb. Sədri Bağdad Əmrəyev olan qurumun 5 üzvü (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və 2 müşahidəçisi (Macarıstan, Türkmənistan) var.