“Türkiyə hərbçiləri Əfqanıstanda onlara verilən tapşırığı uğurla yerinə yetirib”.
7Times.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar türk hərbçilərin Əfqanıstandan təxliyyə edilməsi barədə danışarkən deyib.
“Hava limanında fövqəladə sıxlığa və şərtlərə baxmayaraq Türkiyə Silahlı Qüvvələrinin personalı önəmli problem olmadan planın yerinə yetirilməsi üçün hər cür səyləri göstərir”, – deyə Hulusi Akar deyib.
O həmçinin ölkənin fəaliyyətinə dəstək verən Pakistan, Tacikistan və bölgədə Türkiyə ilə birlikdə çalışan tərəfdaşlarına təşəkkür edib.
Türkiyəli nazir təxliyyə planları çərçivəsində fəaliyyətlərin ölkənin Xarici İşlər Nazirliyi və əlaqəli qurumlarla koordinasiya şəraitində davam etdiyini vurğulayıb.
Qeyd edək ki, Əfqanıstandan hərbçiləri təxliyyə edən təyyarənin yaxın saatlarda Ankaranın Esenboğa hava limanına enəcəyi gözlənilir.
Follow @7timesaz