Rusiya kəşfiyyatı FSB ilə əlaqəsi olan “Məzlum Rus” kod adlı terrorçu PKK-nın sözdə Sincar nümayəndəsi təyin edilib.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, Sincarda olan yezidi kürd qaynaqları və İraq təhlükəsizlik qüvvələrindən alınan informasiyaya görə, Rusiyanın Çeylyabinski şəhərindən olan “Məzlum Rus” 2000-ci ildən FSB agenti olub və bir müddət Gürcüstanla Ermənistanda işləyib.
Follow @7timesaz
Yezidi kürdlərdən İraq ordusunun keçmiş zabiti Fayad Əziz deyib ki, PKK-nın bölgə nümayəndəsi Səid Həsən göstərilir, ancaq gerçəkdə bütün səlahiyyətlər “Məzlum Rus”a verilib.
İraq təhlükəsizlik qaynaqları terrorçunun Türkiyə, Suriya və İraqda bir sıra fəaliyyətlər göstərdiyini və rus kəşfiyyatı tərəfindən dəstəkləndiyini qeyd edib.
Bəlli olub ki, “Məzlum Rus” kod adlı terrorçuya saxta Sincar kimliyi çıxarılıb, onu İraq Müdafiə Nazirliyi, Kəşfiyyat Xidmətinin rəhbəri və Baş nazir Mustafa Kazımı ilə görüşdürmək istəyiblər.
Rus kəşfiyyatına aid olan “Məzlum Rus” ilk terror təcrübəsini Ermənistanda PKK nümayəndələrinə aid Basarkeçərdə, daha sonra Kəlbəcər bölgəsindəki terror düşərgələrində topladığı deyilir. Ermənistan və Rusiya vətəndaşı terrorçuların çoxluq təşkil etdiyi “Ağrı qartalları” qrupunun liderlərindən olan “Məzlum Rus” Suriyada PKK bazasında “Nubar Ozanyan” qrupunu da qurub.
Terrorçu eyni zamanda Kakkari, Şırnak, Van, Bingöl və Şimali İraqda bir sıra hücumlarda rol alıb. Türkiyədəki “Xəndək” təxribatlarında da iştirak edib. Ətrafındakı 60-dan çox erməni, rus və serb terrorçularla xəndək təxribatlarına qatılan “Məzlum rus” Türk təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatdan canını xilas edə bilib.
Diyarbəkrin Sur qəsəbəsində kənd ərazilərinin terrorçulardan boşaldılmasından sonra “heç bir halda sağ olaraq ələ keçirilməsinlər, yandırın” əmrinin də “Məzlum Rus” tərəfindən verildiyi ehtimal olunur. Terrorçuları yandırdığı digər PKK mənsublarının guya türk əsgəri və polisi tərəfindən yandırıldığı məlumatını da yayıb.
Onu da xatırladaq ki, Türk ordusunun 2015-ci ildə cənub-şərq istiqamətində başlatdığı əməliyyata o zaman Rusiya Xarici işlər naziri rəsmi şəkildə reaksiya verərək tənqidi mövqe ortaya qoymuşdu.
Türk kəşfiyyatı-Milli Kəşfiyyat İdarəsinin yaxın müşahidəsi altında olan “Məzlum Rus” və Səid Həsənə qarşı Türk Silahlı Qüvvələri Sincarda hava əməliyyatları keçirib. Yerli qaynaqlar əməliyyat zamanı 18 terrorçunun öldürüldüyünü təsdiq etsə də, onların içərisində “Məzlum Rus” və Səid Həsən tapılmayıb. Türk ordusunun ilk hücumundan ağır yaralı olaraq xilas olan “Məzlum Rus” PKK-nın sağlamlıq mərkəzinə çevirdiyi Əl-Sakiniyə kəndinə gətirilib. MİT-in əldə etdiyi sahə informasiyasına paralel hava əməliyyatı keçirərək terror nöqtəsi darmadağın edilib. “Məzlum Rus”un bu hava əməliyyatı zamanı öldürüldüyü açıqlanıb. Amma bəzi qaynaqlar “Məzlum Rus”un hadisə yerindən sağ çıxarıldığını da iddia edib. Əməliyyatdan sonra PKK tərəfindən yayımlanan xəbərlərdə “Məzlum Rus” ləqəbi “Məzlum Roj” kimi təqdim edilib.