Türkiyə Konqo Demokratik Respublikasına 1 milyon ‘Sinovac’ və 100 min doza TURKOVAC peyvəndi göndərəcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konqolu həmkarı Feliks Tşisekedi ilə görüşündən sonra birgə mətbuat konfransında bildirib.O, qeyd edib ki, peyvəndlər Türkiyə Səhiyyə Nazirliyi tərəfindən yaxın günlərdə Konqo Demokratik Respublikasına göndəriləcək.
Follow @7timesaz