Türkiyə Bayraktar Akıncı Pilotsuz Uçuş Aparatlarının satışına dair ilk ixrac müqaviləsini imzalayıb.
7Times.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.
“Bayraktar Akıncı PUA-nın ilk ixrac müqaviləsini də tamamladıq. Müqavilə çərçivəsində 2023-cü ildə Bayraktar Akıncını təslim edəcəyik. Bundan əlavə, Bayraktar TB2 PUA-lar üçün 16 ölkə ilə ixrac müqaviləsi imzaladıq”, – deyə baş direktor qeyd edib.
Follow @7timesaz