Türkiyə hökuməti dövlətin adının beynəlxalq ailəmdə “Turkey” deyil “Türkiye” adlandırılması üçün kampaniyaya başlayıb.
7Times.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Follow @7timesaz
“Ölkəmizin beynəlxalq səviyyədə kimliyini qorumaq, etibar və nüfuzunu daha da gücləndirmək üçün bundan sonra “Turkey” deyil, “Turkiye” kimi yazaq və tələffüz edək”, – nazirlikdən bildirilib.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun isə bildirib ki, xaricdə “Hello Türkiye” adlı kampaniyaya başlayıblar.