Dünya

Türkiyə bu ölkəyə başsağlığı verdi

Türkiyə bu ölkəyə başsağlığı verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ekvadorun Balao şəhəri yaxınlığında baş vermiş 6.7 ballıq zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı verib.

7Times.az  “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ekvadorlu həmkarı Xuan Karlos Holquinə zəng edib.

Telefon danışığı zamanı nazir Türkiyə tərəfinin başsağlığı mesajını və “keçmiş olsun” diləklərini Holquinə çatdırıb.

Qeyd edək ki, son məlumata əsasən, Ekvadordakı zəlzələ 14 nəfərin həyatına son qoyub, 44 nəfər isə yaralanıb.