Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyaya bu ölkənin Kemerovo vilayətində kömür mədənində baş verən faciə ilə bağlı başsağlığı verib.
7times.az xəbər verir ki, Türkiyə XİN-in yaydığı başsağlığı mətnində deyilir:
“Mədəndə baş verən qəza nəticəsndə 52 nəfərin həyatını itirməsini, bir neçə insanın yaralanmasını üzüntü ilə qarşılayırıq. Rusiya xalqının kədərin paylaşır, həyatını itirənlərin ailələrinə, Rusiya hökumətinə başsağlığı verir, yaralılar şəfa diləyirik”. /Qafqazinfo.az
Follow @7timesaz