Dünya

Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub

Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyadan atılan raketlər Türkiyənin Kilis rayonuna düşüb.

7times.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, YPG/PKK terror təşkilatının nəzarət etdiyi Tel-Rıfat bölgəsindən iki raket Kilisə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşüb və hər hansı ziyan vurmayıb.

Raketlərin zərərsizləşdirilməsi üçün bölgəyə mütəxəssislər cəlb edilib. (Report)