PKK/YPG terror təşkilatının hücumu nəticəsində iki Türkiyə hərbçisi şəhid olub.
7times.az xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum “Zeytun budağı” hərəkatı bölgəsində həyata keçirilib:
“Verilən qarşılıq nəticəsində, ilkin müəyyənləşdirməyə görə, üç PKK/YPG-li terrorçu zərərsizləşdirilib”.
Nazirliyin məlumatına görə, bölgədə müəyyənləşdirilən terror hədəfləri atəş altına alınıb.