Türkiyə ordusunun əsgəri İraqda şəhid olub.
7Times.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Məlumata əsasən, çavuş Ümit Solak sentyabrın 17-si İraqın şimalında Avaşin bölgəsində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində ağır yaralanıb.
Bildirilir ki, Ümit Solak xəstəxanaya yerləşdirilib, lakin həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Follow @7timesaz