Dünya

Türkiyə kəşfiyyatı PKK-nın liderlərindən birini zərərsizləşdirib

Türkiyə kəşfiyyatı PKK-nın liderlərindən birini zərərsizləşdiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milli Kəşfiyyat İdarəsi PKK-nın liderlərindən olan Bedirhan Abini zərərsizləşdirib. “Report” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

“Darav Gevda” kod adlı terrorçu İraqın şimalındakı Sincarda keçirilən əməliyyatda məhv edilib.

2011-ci ildə PKK sıralarına qatılan Abi təşkilat rəhbərliyi tərəfindən göndərildiyi Şırnak və Yüksekova bölgələrində terror fəaliyyətlərini davam etdirib. Türkiyədə olduğu müddətdə bəzi təhlükəsizlik qüvvələrinin şəhid olması ilə nəticələnən aksiyalara qatılıb.