“Beşiktaş” klubunun idman direktoru Ceyhun Kazancı dünən “Barselona” rəhbərliyi ilə görüşüb.
Offsideplus.az “Relevo”ya istinadən xəbər verir ki, Türkiyə təmsilçisi görüş zamanı Kataloniya təmsilçisindən ayrılacaq 4 futbolçu ilə maraqlanıb.
“Beşiktaş”ın maraqlandığı ilk oyunçu Samuel Umtiti olub. 29 yaşlı müdafiəçi ötən mövsüm icarə əsasında çıxış etdiyi “Leççe”də uğurlu mövsüm keçirmişdi. “Lion” və bəzi İtaliya klublarının da istədiyi Umtiti “Barselona”dan ayrılmaq istəsə də, “Leççe”yə qayıtmayacaq.
Görüş zamanı Serxinyo Dest, Aleks Kollado və Frank Kessinin durumu da müzakirə olunub. Dest ötən mövsümü “Milan”da, Kollado isə “Elçe”də icarədə olub. Bir çox ingilis klubunun transfer siyahısında olan Kessinin “Beşiktaş”a keçidi isə 26 yaşlı futbolçunun yüksək maaş istəməsi səbəbilə mümkün görünmür.
Follow @7timesaz