Türkiyə Livan üçün üzərinə düşəni edəcək – Çavuşoğlu

Türkiyə Livan üçün üzərinə düşəni edəcək – Çavuşoğlubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livan ordusuna və təhlükəsizlik qurumlarına dəstəyimizi davam etdirəcəyik.

7times xəbər verir ki, bu barədə Livanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Livandakı yeganə gündəmimiz dost və qardaş Livan xalqının sülh, əmin-amanlıq və rifahına töhfə vermək, təhlükəsizliyini, sabitliyini və suverenliyini dəstəkləməkdir. Sahibkarlıq və humanitar xarici siyasətimiz çərçivəsində livanlı qardaş və bacılarımıza bütün imkanlarımızı təqdim etməyə davam edəcəyik. Livan yaşadığı böhrandan daha güclü çıxacaq. Türkiyə dost və qardaş Livanın rifahı üçün üzərinə düşəni etməyə davam edəcək”, – Çavuşoğlu bildirib.//Axar.az