Dünya

TÜRKİYƏ MİT-nin NÖVBƏTİ UĞURLU ƏMƏLİYYATI  Daha bir PKK “lideri” öldürüldü

TÜRKİYƏ MİT-nin NÖVBƏTİ UĞURLU ƏMƏLİYYATI – Daha bir PKK “lideri” öldürüldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Duhok-Qara bölgəsində PKK terror təşkilatının “Apollon” təlim akademiyasına rəhbərlik edən yüksək rütbəli komandiri, “Dersim Malatya” kod adlı İzzəddin İnanı zərərsizləşdirib.

APA-nın “trthaber.com” saytına istinadən verdiyi xəbərə görə, İzzəddin İnan 1992-ci ildə PKK terror təşkilatına qoşulub.

İzzəddin İnan Suriya və İraqda Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir sıra terror aktlarının təşkilində iştirak edib.