Dünya

Türkiyə MOSSAD-ın 8 agentini ələ keçirdi

Türkiyə MOSSAD-ın 8 agentini ələ keçirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Daxili İşlər Nazirliyi İstanbulda İsrailin xeyrinə casusluq etməkdə, bir sıra şəxslər və şirkətlər haqqındakı gizli məlumat və sənədləri xarici kəşfiyyata ötürməkdə şübhəli bilinən 8 nəfəri saxlayıb.

7Times.az  xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X sosial şəbəkəsində məlumat verib.

Məlumata əsasən, həmin şəxslərdən 2-si hələ də saxlanılır, digər 6 nəfər isə məhkəmə nəzarəti altında müvəqqəti azadlığa buraxılıb.

Həmçinin bildirilib ki, saxlananlar arasında Əhməd Ersin Tumlucalı adlı özəl detektiv və həyat yoldaşı 2011-2020-ci illər arasında MOSSAD ilə əlaqədə olub, bu müddət ərzində Almaniya və Avstriyada İsrail Xarici Kəşfiyyat Təşkilatının iki üzvü ilə görüşlər keçirib.

Axar.az