“Türkiyə olaraq müdafiə sənayesində artıq yeni mərhələyə başlamışıq”.
7Times.az xəbər verir ki, bunu Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir deyib.
O bildirib ki, yeni texnikalardan təkcə Türkiyə yox, ehtiyacı olan digər dövlətlər də istifadə edə biləcəklər:
“Biz bu il müdafiə sənayesi sahəsində müxtəlif yeniliklər, o cümlədən insansız dəniz aparatları görəcəyik”.
Follow @7timesaz