Dünya

Türkiyə ordusu 21 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu 21 terrorçunu zərərsizləşdiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələri son 4 gün ərzində Suriya və İraqın şimalında 21 terrorçunu zərərsizləşdirib.

7times.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseri əyalətinə səfəri zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə ordusu terrorçulara qarşı qətiyyətli mübarizəsini davam etdirir.

“Türkiyə hərbçiləri İraq və Suriyanın şimalında terrorçuları məhv etməyə davam edir … Hərbi qulluqçularımız Zapda 3 terrorçunu zərərsizləşdirib. Beləliklə, son 4 gündə 21 terrorçu zərərsizləşdirilib. Biz sərhədlərimizin və xalqımızın təhlükəsizliyini təmin edənə qədər bu mübarizə davam etdirəcəyik”, – deyə nazir bildirib.