Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu şəhid verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ordusunun əsgəri İraqın şimalında Hakurk bölgəsində şəhid olub.

7times.az Türkiyə mediasına istinadən xəbər verir ki, müqaviləli əsgər İslam Çiftçi terrorçularla atışma zamanı həlak olub. Onun ölüm xəbəri Andırın bölgəsində yaşayan ailəsinə bildirilib.

Milli müdafiə naziri Hulusi Akar Çiftçinin şəhid olması ilə əlaqədar ailəsinə başsağlığı verib.