Dünya

Türkiyə prezidentliyinə namizədlərin yekun siyahısı təsdiqləndi

Türkiyə prezidentliyinə namizədlərin yekun siyahısı təsdiqləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ali Seçki Şurası cümə axşamı ölkə prezidentliyinə namizədlərin yekun siyahısını təsdiqləyib.

Bu barədə qurumun rəhbəri Ahmet Yener məlumat verib.

“Namizədlər barədə yekdil qərar qəbul edilib. Beləliklə, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Rəcəb Tayyib Ərdoğan və Sinan Oğanın prezidentliyə namizədlikləri təsdiq olunub”, – deyə Şura sədri bildirib.

Yener vurğulayıb ki, Şuraya daxil olan ərizə və etirazlara baxılarkən seçkilərin ləğvi ilə bağlı müraciətlər rədd edilib.

Qeyd edək ki, Türkiyə prezidenti seçkiləri mayın 14-də baş tutacaq.